K.Rəykkönen dəyişib?

Ralli üzrə 2003-cü ilin dünya çempionu norveçli sürücü Petter Solberq son iki ildə Kimi Rəykkönenlə WRC traslarında rəqabət aparıb. Hazırda […]

Ralli üzrə 2003-cü ilin dünya çempionu norveçli sürücü Petter Solberq son iki ildə Kimi Rəykkönenlə WRC traslarında rəqabət aparıb. Hazırda Kimi Formula1-ə qayıtmağa hazırlaşır və Lotus komandası ilə müqavilə imzalayıb, amma Solberqin fikrincə, finlandiyalı sürücü son iki ildə çox dəyişib…

Petter Solberq: “Kimi indi daha arxayındır, elə bil ki, başqa adama çevrilib. 2010-cu ildə ralli çempionata gələrkən tam başqa insan idi.”

Hərçənd, Kiminin özü bu sualı özünəməxsus qaydada cavablandırıb: “Bilmirəm, yaxşı olmuşam yoxsa pis? Yenidən sükan arxasında oturmaq maraqlı olacaq: mən iki yaş böyümüşəm, başqa bir dəyişiklik hiss etmirəm.

Son iki ili maraqlı keçirmişəm, ralli maşınını ram etməyə çalışırdım, ikinci il hər şey daha asan idi. Ralli çox çətin idman növüdür, amma indi mən Formula1-ə qayıtmağa hazırlaşıram…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*