FİA “sorucu diffuzorlar” problemini həll olunmuş sayır

FİA-nın mətbuat xidməti sual-cavab formasında hazırlanmış mətbuat relizi yayıb. Relizdə diffuzorla əlaqəli qazburaxma sistemlərinin istifadəsi ilə bağlı vəziyyət şərh olunub. […]

FİA-nın mətbuat xidməti sual-cavab formasında hazırlanmış mətbuat relizi yayıb. Relizdə diffuzorla əlaqəli qazburaxma sistemlərinin istifadəsi ilə bağlı vəziyyət şərh olunub. Relizin mahiyyəti ondadır ki, mövsümün sonuna qədər komandalar bu sistemlərin Valensiyada, Avropa Qran Prisində tətbiq etdikləri konfiqurasiya və sazlanmalarından istifadə edəcəklər…

Sual: Problem İspaniya Qran Prisi ərəfəsində gündəmə gəlmişdi – hər şey FİA-nın təşəbbüsü ilə oldu, yoxsa komandalardan hansısa birinin?
FİA:
Məsələni federasiya qaldırmışdı, məlum olmuşdu ki, bəzi komandalar sıralanma turunda motorun ekstremal sazlanmalarından istifadə edirlər. Narahatlıq doğuran tərəf o idi ki, xüsusi sazlanmalar və qazburaxma sisteminin borularının xüsusi yerləşməsi maşınların aerodinamik effektliyini artırmağa yönəlmişdi.

Bu reqlamentlə qadağan olunub, çünki hamıya məlumdur ki, motor və qazburaxma sisteminin birbaşa təyinatı fırlanma momentinin generasiyasıdır.

Sual: Və siz qərara aldınız ki, fəaliyyətə başlayasınız?
FİA:
Biz hesab etdik ki, bu cür ekstremal sazlanmalar texniki reqlamentə uyğun deyil: əgər buna nəzarət olunmasa, mövsümün gedişində sistemlərin bu cür modernizəsi əlavə məsrəflər tələb edir.

Sual: Belə diffuzorlar texniki reqlamentə uyğun gəlmir?
FİA:
Əlbəttə, biz bu ssitemləri şübhəli hesab edirik, amma əsas problem başqadır – biz hesab edirik ki, motor və qazburaxma sistemləri birbaşa təyinatları üzrə işlədilmir.

Sual: Bu sistemlərin reqlamentə uyğun gəlməməsi keçənilki aerodinamik hava kanalının qadağasının nəticəsi deyil ki?
FİA:
Xeyr, bu iki sistem bir-birilə əlaqəli deyil.

Sual: Niyə ümumi məhduiyyətlər tətbiq dib bunu bütün maşınlara eyni dərəcdə aid etmək olmaz?
FİA:
Biz məhz belə etmək istəyirdik və mayın 12-də ilk dəfə komandalara müraciət etdik. Amma məlum oldu ki, vəziyyət təsəvvür etdiyimizdən mürəkkəbdir. Əsas problem ondadır ki, bəzi maşınlar məhz bu konsepsiyanın üzərində qurulub. Ona görə də məhdudiyyətlərin tətbiqini Böyük Britaniya Qran Prisinə qədər təxirə saldıq.

Bu məsələnin texniki problemləri də var, məsələn, müxtəlif motorlarda drosselin konstruksiya növü.

Sual: Valensiyada, Avropa Qran Prisində nə qərar qəbul etdiniz?
FİA:
Müxtəlif komandaların təqdim etdikləri motorların sazlanma xəritələrini araşdıraraq müəyyən etdik ki, sıralanma turunda kiçik müddət ərzində ekstremals azlanmalardan istifadə olunur, amma sonra yarış ərəfəsində digər sazlanmalar tətbiq olunur.

Biz hesab etdik ki, bu vəziyyət bağlı parkın prinsipinə ziddir, düzdür, komandalar sazlanmaları maşına birbaşa müdaxilə etmədən, kiompyuterlərlə dəyişirdilər.

Ona görə də iyunun 14-də biz komandalara bildirdik ki, Valensiyada sazlanmaları dəyişməyi qadağan edəcəyik.

Sual: Nə üçün bu məsələnin müzakirəsi Britaniya uik-endində davam etdi və komandalar təfərrüatlı izahat tələb etdilər?
FİA:
Məsələnin müzakirəsi davam etdi, çünki motor istehsalçılarından biri (Renault Sport) bizi əmin etməyə çalışırdı ki, motorun etibarlılığını saxlamaq üçün fərqli sazlanmalardan istifadə etməlidir. Biz başqa bir motor istehsalçısına (Mercedes Benz HPE) müəyyən güzəştlər etmişdik, ona görə də biz birinci istehsalçı ilə razılaşdıq. Amma son anda əlavə məlumatlar etdik, ona görə də fikrimizi dəyişdik.

Amma sonrakı müzakirələr göstərdi ki, biz reqlamentə uyğun maşın hazırlamış komandalara qarşı ədalətsiz hərəkət edirik, ona görə də iyunun 20-də komandalara göndərdiyimiz qərara qayıtdıq.

Silverstounda şənbə və bazar günü hamı bu qərara əməl elədi.

Sual: Silverstounda Texniki işçi qrup iki iclası nə məqsədlə keçirdi?
FİA:
Cümə hadisələrindən sonra FİA-nın prezidenti hesab etdi ki, müzakirələr açıq getsin və konsensusun mümkünlüyü araşdırılsın. Bu iki iclasdan sonra qərara alındı ki, Valensiyada tətbiq olunan qərara qayıdaq – yəni diffuzorlara heç bir məhdudiyyət qoyulmayacaq, amma sıralanma turu və yarış arasında motorun sazlanma xəritəsini dəyişmək qadağan olunacaq.

Sual: Əgər FİA hər hansı bir qərar qəbul etməsəydi, iddia qaldıran olardı?
FİA:
Komandalar son qərarla yekdil razıdırlar, ona görə iddia olmayacaq.

Sual: Problem tam həll olunub?
FİA:
Bəli, mövsümün sonuna qədər bütün maşınlarda Valensiya sazlanmaları tətbiq olunacaq.

Sual: Bəs bundan sonra iddia gözləyirsiniz?
FİA:
Biz nikbin köklənmişik və son qərardan iddia gözləmirik. Həm də Tezniki işçi qrupun son iclasında qərara alınıb ki, heç bir komanda iddia qaldırmayacaq.

Sual: Bəs 2012-ci ildə nə olacaq?
FİA:
Komandalar artıq qərara alıblar ki, qazburaxma boruları maşının korpusunda ağzı yuxarı yerləşdiriləcək. Yəni işlənmiş qazların aerodinamikaya təsiri minimuma endiriləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*