18 İyun 2019, Çərşənbə axşamı - 08:59

FİA prezidenti müddəti uzatmağa hazır deyil

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:55 - 19 İyun, 2009

Maks Mosli təkid edir ki, yaxın 48 saat ərzində komandalar gələn ilin dünya çempionatında iştirak etmək üçün şərtsiz ərizə versinlər, […]

Maks Mosli təkid edir ki, yaxın 48 saat ərzində komandalar gələn ilin dünya çempionatında iştirak etmək üçün şərtsiz ərizə versinlər, amma bildirib ki, kompromisə getməyə hazırdır. FOTA-nın FİA prezidentinə və Formula1-in kommersiya başçısı Berni Ekklstouna göndərdikləri məktuba cavabında Mosli öz şərtlərini irəli sürüb, onun fikrincə, bu şərtlər tərəflərin hər ikisini razı salacaq. Britaniyanın Autosport qəzeti Maksın məktubundan bir hissəni dərc edib, Maks qeyd edir ki, istənilən halda cümə gününə kimi Razılıq Müqaviləsini imzalamaq mümkün olmayacaq, ona görə də bunun müqabilində 1998-ci ildə başlanmış müqaviləni əsas götürməyi təklif edir…

Maks Mosli: “Əgər biz indi 1998-ci ildə bağlanmış Razılıq MÜqaviləsinə dəyişikliklər etməyə başlasaq, onda müzakirələr uzanacaq. Buna vaxtımız qalmayıb, çünki cümə günündən gec olmayaraq biz gələn ilin dünya çempionatında iştirak etmək üçün ərizə vermiş digər komandalara cavab verməliyik.

Beləliklə, biz bütün tərəflərə 1998-ci ilin Razılıq Müqaviləsini olduğu kimi qəbul etməyə çağırırıq və bunu yazılı təsdiq etmək lazımdır. Sonra biz 2009-cu ilin Razılıq Müqaviləsi barədə danışıqları davam etdirə bilərik, amma bu zaman köhnə qaydalar işləyəcək. İstənilən halda son 10 ildə bu qaydalar hamını qane edirdi və bir neşə il də uzatsaq heç bir problem olmamalıdır”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 235
Teqlər
Paylaş

logo