21 Noyabr 2019, Cümə axşamı - 01:55

FİA ötmə zonalarını qeyd edəcək

FİA ötmə zonalarını qeyd edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:40 - 14 Mart, 2011

Sərbəst yürüşlərdə və sıralanma turunda sürücülər istənilən an arxa antiqanadın hərəkətli elementinin hücum bucağını dəyişməyə imkan verən sistemi aktivləşdirə bilərlər, […]

Sərbəst yürüşlərdə və sıralanma turunda sürücülər istənilən an arxa antiqanadın hərəkətli elementinin hücum bucağını dəyişməyə imkan verən sistemi aktivləşdirə bilərlər, amma yarışda bunu yalnız FİA-nın elektron sisteminin əmri ilə etmək mümkün olacaq.

Federasiya hər bir trasda düz yolda 600 metrlik bir sahəni qeyd edəcək – məhz bu sahədə sürücülər antiqanadın vəziyyətini dəyişə biləcəklər, amma bunun üçün sürücü özündən əvvəlki sürücüyə bir saniyədən az uduzmalıdır. Qeyd edək ki, hər bir tras üçün kompyuter modeli qurulacaq və 600 metrlik sahə elə seçiləcək ki, ötmələr real mümkün olsun.

Tribunalara və TV qarşısına toplaşmış azarkeşlərin baş verənlərin mahiyyətini başa düşməsi üçün FİA ötmə zonalarını xüsusi xətlərlə qeyd edəcək. Düz yoldan əvvəlki döngədə qoşa xətt iki maşın arasındakı məsafənin bir saniyədən az olmasını bildirəcək. Əgər arxada gələn maşın birinci xətti keçibsə, öndə gedən maşın isə ikinci xətti keçməyibsə, onda növbəti düz yolda düyməni basaraq hücuma keçmək olar.

FİA etiraf edir ki, bir neçə yarış lazımdır ki, bu qərarın doğruluğu sübut olunsun…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 297
Teqlər
Paylaş

logo