09 Dekabr 2019, Bazar ertəsi - 16:42

Williams F1 PPG ilə müqaviləsini uzadıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:49 - 19 Fevral, 2009

AT&T Williams komandası bu gün təsdiq edib ki, boya və lak örtüklərinin təchizatçısı olan PPG şirkəti ilə müqaviləsini uzadıb. Tərəflər […]

AT&T Williams komandası bu gün təsdiq edib ki, boya və lak örtüklərinin təchizatçısı olan PPG şirkəti ilə müqaviləsini uzadıb. Tərəflər 2003-cü ildən əməkdaşlıq edirlər, PPG texnologiyaları imkan verir ki, boyanın az çəkisində maksimum vizual effektlər əldə olunsun…

Aleks Börn, Williams F1-in əməliyyat direktoru: “Yarış maşınlarının çəkisində hətta kiçik bir qənaət nəticəyə birbaşa təsir edir və maşının boyanması belə faktorlardandır. Qışda biz boyaların yeni nəslindən istifadə etdik, yeni boyalar daha nazik qat astarlama tələb edir və əlavə lak qatı lazım olmur. PPG texnologiyaları komandanın rəqabətədavamlı olmasına öz töhvəsini verir, biz inanırıq ki, müqavilənin uzadılması həm maliyyə, həm də idman nöqteyi nəzərindən hər iki tərəfə sərfəli olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 245
Teqlər
Paylaş

logo