17 Noyabr 2019, Bazar - 14:46

J.Vilnöv: “Azarkeşlər F1-dən bezəcək”

J.Vilnöv: “Azarkeşlər F1-dən bezəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

10:56 - 18 Oktyabr, 2019

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, yarışların artması idman üçün zərərlidir.

F-1.az xatırladır ki, gələn ildən təqvimdə 22 yarış olacaq və bu da F1 tarixinin ən uzun təqvimi deməkdir.

Jak Vilnöv: “22 yarış çoxdur. Təqvim uzun və darıxdırıcıdır. Daha az yarış və daha çox test olsa, azarkeşlər sevinər. F1-in yeni sahibləri çoxlu yarış gətirməklə daha çox gəlir əldə etmək istəyirlər. Ancaq bunun idmana faydası olmayacaq. Təqvim uzandıqca azarkeşlər bezir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 99
Teqlər
Paylaş

logo