FİA-nın hərəkətləri M.Uitmarşı heyrətləndirib

McLaren komandasının başçısı Martin Uitmarş etiraf edib ki, FİA-nın klirensi tənzimləyən sistemlər barədəki siyasətindən narazıdır. Britaniyalı mütəxəssisi ən çox federasiya […]

McLaren komandasının başçısı Martin Uitmarş etiraf edib ki, FİA-nın klirensi tənzimləyən sistemlər barədəki siyasətindən narazıdır. Britaniyalı mütəxəssisi ən çox federasiya nümayəndələrinin bir neçə gün ərzində fikirlərini dəyişməsi heyrətləndirib – nəticədə komanda həm vaxt itirib, həm əmək, həm də vəsait…

Martin Uitmarş: “Mövsümün əvvəlində biz hesab edirdik ki, bəzi komandalar bu cür sistemlərdən istifadə edir, onların leqallığı şübhə altında idi – ona görə də FİA-ya müraciət etdik. Aldığımız cavab bizi təəccübləndirdi – federasiya belə sistemləri qanunauyğun hesab etdi və biz dərhal işə başladıq. Amma Çin Qran Prisinə on gün qalmış bizi xəbərdar etdilər ki, klirensi tənzimləyən sistemlər qadağan olunub. Biz sadəcə vaxtımızı itirdik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*