L.Həmilton özündən narazıdır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton mövsümün ilk hissəsindəki performansından narazıdır.

F-1.az xatırladır ki, britaniyalı sürücü mövsümün ilk yarısında 12 yarışdan 8-də qalib gəlib və ən yaxın rəqibi Bottasdan 62 xal qabaqdadır.Qaradərili sürücü bu il 5 yarış da qazansa, Mixael Şumaxerin 2004-cü ildəki, Sebastyan Fettelin 2013-cü ildəki bir mövsümdəm13 yarış qazanmaq rekordunu təkrarlayacaq.

Lyuis Həmilton:
“12 yarışdan 8-i qazana bildik və bəzi çatışmazlıqlar var. Bəs geridə qaldığımız yarışlarda niyə mükəmməl ola bilmədik? Bəzi yarışlarda isə bəxtimiz gətirdi. Ferrari sürətli olsa da, bəzən komanda, bəzən də sürücü səhvləri ilə qələbəni əldən verdilər. Bakıda və Bəhreyndə maşınla bağlı problem yaşadılar. Bunlar olmasa, qazanardılar. Bu, işimizin çətin olduğunu göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*