L.Həmilton: Gözəl yarış izlədim

Mercedes komandasının sürücüsü Lyuis Həmilton komanda yoldaşı Rassellə qürur duyur.

F-1.az xatırladır ki, britaniyalı sürücü sprint yarışına 8-ci yerdən başlasa da, finişə 3-cü yerdə çatıb. Lakin Karlos Sayns startda 5 yer itirəcəyi üçün sabahkı əsas yarışa ikinci yerdən başlayacaq. Bu da ona mövsümdə ilk qələbəsini qazanmaq şansı verir.

Lyuis Həmilton: “Komanda yoldaşımı məğlub etmək asan olmayacaq. Corc çox sürətlidir və biz yaxşı yerdəyik. Ümid edirəm ki, daha yaxşı olarıq.

Corcun ötməsini gördüm. Gözəl yarış izllədim. Onunla fəxr edirəm. Komandanın belə güclənməsi üçün çox işlədik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*