N.Rosberq: “Əvvəl maşına sürət çatmırdı”

Ross Braunun bu il başçılıq etdiyi Mercedes GP komandasının debütü keçən il başçılıq etdiyi Brawn GP komandasının debütü kimi parlaq […]

Ross Braunun bu il başçılıq etdiyi Mercedes GP komandasının debütü keçən il başçılıq etdiyi Brawn GP komandasının debütü kimi parlaq olmayıb – keçənilki qələbə dublunun əvəzinə komanda bu il Niko Rosberqin beşinci və Mixael Şumaherin altıncı yerləri ilə kifayətlənməli olub. Gənc alman sürücünü mövsümün ilk yarışının yekuni məyus etsə də, o ümid edir ki, növbəti yarışlarda maşın daha sürətli olacaq…

Niko Rosberq: “Hər şey yaxşı başlamışdı, mən əla start aldım, Lyuisi keçdim. Amma yumşaq təkərlərlə ilk pit-stopa kimi maşına sürət çatmırdı. Lyuis məndən bir dövrə əvvəl pitə getdi və məni qabaqladı – biz bunu araşdırmalıyıq. Yarışın sonunda Sebastyan sürətini itirmişdi və mən asanlıqla ona çatdım, amma onun arxasında maşının asfaltla ilişməsi yoxa çıxırdı. Buna baxmayaraq, beşinci yer mövsümün başlanğıcı üçün əla nəticədir. Əminəm ki, biz növbəti yarışlarda inkişaf edəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*