15 Sentyabr 2019, Bazar - 11:56

FİA-nın Ferrari-nin arxa antiqanadına iddiası ola bilər

FİA-nın Ferrari-nin arxa antiqanadına iddiası ola bilər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:11 - 21 May, 2011

Bu gün FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq jurnalistlərə bildirib ki, federasiya Ferrarinin arxa antiqanadının yeni konfiqurasiyasını araşdırır. Skuderiyanın mühəndisləri hərəkətli […]

Bu gün FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq jurnalistlərə bildirib ki, federasiya Ferrarinin arxa antiqanadının yeni konfiqurasiyasını araşdırır.

Skuderiyanın mühəndisləri hərəkətli elementin effektliyini reqlamentin separatorlar haqqında olan maddəsini başqa cür yozmaqla artıra biliblər – separator konstruksiyanın ayrı-ayrı elementlərini birləşdirir.

Sabah səhər sərbəst yürüşlərin əvvəlinə qədər FİA belə bir konstruksiyanın qanuniliyi və onun gələcəkdə istifadə edilməsi barədə qərar qəbul etməlidir.

Çarli Uaytinq: “Biz Ferrari-nin arxa antiqanadının yeni konfiqurasiyasını artıq görmüşük və bu məsələni araşdırırıq. Elementin gələcək istifadəsi bizim qərardan asılıdır – komanda reqlamenti özünəməxsus tərzdə yozub və indi biz qərar qəbul eləməliyik ki, bu element qaydalara uyğundurmu. Sabah səhər hər şey aydın olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 238
Teqlər
Paylaş

logo