FİA komandalara xəbərdarlıq edib

Jan Todt keçən həftə bildirmişdi ki, çox güman ki, çempionatın debütant komandaalrından bəzilərinə mövsümün ilk yarıəşlarını buraxmaq hüququ veriləcək. Amma […]

Jan Todt keçən həftə bildirmişdi ki, çox güman ki, çempionatın debütant komandaalrından bəzilərinə mövsümün ilk yarıəşlarını buraxmaq hüququ veriləcək. Amma bu gün FİA rəsmi bəyanat yayıb və bildirib ki, belə bir güzəştdən söhbət gedə bilməz…

Bəyanatda deyilir: “Razılıq Müqaviləsinə əsasən Formula1 üzrə dünya çempionatında komandaların iştirakı barədə FİA aşağıdakı aydınlığı gətirir:

İdman reqlamenti nöqteyi nəzərindən çempionatda iştirak hüququ əldə etmiş hər bir komanda mövsümün bütün yarışlarında iştirak etməlidir. Çempionatın hər hansı bir yarışında iştirak etməməsi Razılıq Müqaviləsinin və FİA-nın Reqlamentinin pozulması kimi qiymətləndiriləcək.”

Aydındır ki, bu bir neçə sətir Valensiyada, Şarlottedə və Belqradda müxtəlif reaksiyalarla qarşılanacaq. Axı indi US F1 və Campos komandalarının debütü təxirə salmaq imkanları yoxdur, Stefan GP komandasının starta çıxmaq şansı isə kəskin artacaq.

Bununla əlaqədar olaraq, xatırlamaq olar ki, keçən əsrin 80-ci illərində debütant komandalar mövsümün ilk yarışlarına Formula3000-nin şassilərini gətirirdilər ki, Razılıq Müqaviləsini pozmasınlar və teleyayımdan əldə olunan gəlirdən məhrum olmasınlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*