H.Marko: “Ferstappen ən güclü sürücüdür”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Maks Ferstappen bu il ən qüsursuz sürücüdür.

F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il 4 yarışdan da xal alaraq, karyerasının ən yaxşı mövsüm başlanğıcını edib. Hazırda 51 xalla 4-cü yerdə olan Maks lider Bottasdan 36 xal geridə qalır.

Helmut Marko: “Həmilton, Bottas, Lekler və Fettel bu il qeyri-stabildirlər. Sadəcə Maks qüsursuz performans göstərir və boliddən maksimumu alır. Hətta, bolidin potensialını artıqlaması ilə göstərir. Çempion olmağa hazırdır. Barselonada çempionluğa layiq olduğumuzu isbat edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*