M.Ferstappen: “Qələbə mümkün deyil”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Ferrari və Mercedes çox sürətlidirlər və onlar mübarizəni dayandırmasalar, qələbə qazanmaq mümkün deyil.

F-1.az xatırladır ki, hollandiyalı sürücü İspaniyada cümə gününü Mercedes-dən 0.6, Ferrari-dən isə 0.3 saniyə geridə – 5-ci tamamlayıb. Qeyd edək ki, 19 yaşlı sürücü keçən il burada qalib gələrək, Formula1 tarixinin ən gənc yarış qazanan sürücüsü olmuşdu.

Maks Ferstappen: “Sərbəst yürüşlər bizim üçün yaxşı keçdi. Ferrari və Mercedes-ə yaxınıq, amma bu qələbə qazanmağımız üçün bəs etməyəcək. Rəqiblərimiz də buraya yaxşı yeniliklər gətiriblər və aradakı fərqin birdən-birə bağlanmasını gözləmirəm. Lakin hədəfimiz addım-addım rəqiblərimizə yaxınlaşmaqdır. Əvvəlki yarışlara nisbətən xoşbəxtik, amma hələ də görüləcək çox iş var. Ümid edirəm ki, sıralanma turunda bir az da güclənib podium uğrunda mübarizə apararıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*