FİA hərəkətli arxa qanadların tətbiqini təsdiq edib

Keçən həftə FİA-nin avtodiman üzrə Ümumdünya Şurasının təsdiq etdiyi yeni texniki reqlamentdə ən böyük əhəmiyyət kəsb edən dəyişiklik gələn ildən […]

Keçən həftə FİA-nin avtodiman üzrə Ümumdünya Şurasının təsdiq etdiyi yeni texniki reqlamentdə ən böyük əhəmiyyət kəsb edən dəyişiklik gələn ildən maşınlarda hərəkətli arxa qanadların tətbiq olunmasıdır – qanadlar sürücü tərəfindən kokpitdən idarə olunacaq…

Maşınlar arasındakı məsafə 1 saniyədən aşağı olduqda izləyən maşında yalnız trasın müəyyən nöqtələrində elektronika tərəfindən hərəkətə gətiriləcək qanadlar FİA-nın fikrincə, trasda ötmələrin sayını artıracaq.

Sərbəst yürüşlərdə və sıralanma turunda belə qanadlardan istifadəyə heç bir məhdudiyyət qoyulmur, amma yarış zamanı sistem yalnız startdan və ya restartdan iki dövrədən sonra aktivləşəcək. KERS kimi bu sistem də məcburi deyil.

Texniki reqlamentdə edilmiş dəyişikliklərdən maşının minimal çəkisinin 20 kq artıtılmasını qeyd etmək olar: yeni maşınlar ən azı 640 kq olacaq. Bu çəki KERS-dən istifadə edəcək komandalara çəkipaylanmasını düzgün aparmağa imkan verəcək. Bundan başqa maşınların hər bir təkərində ikinci sığorta trosu peyda olacaq, aerodinamik hava kanalları və ikiqat diffuzorlar isə qadğan olunacaq….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*