Ferstappen və Vandorn yeni dəbilqələrini təqdim ediblər

Bu il Formula1-də ilk tam mövsümünü keçirməyə hazırlaşan Stoffel Vandorn və Red Bull komandasının sürücüsü Maks Ferstappen 2017-ci ildə istifadə edəcəkləri dəbilqələri təqdim ediblər.

F-1.az xəbər verir ki, Vandornun da dəbilqəsini komanda yoldaşı Alonsoda olduğu kimi Bell firması hazırlayacaq. Formula1-də o qədər də sevilməyən 2 nömrəni seçən belçikalı yeni dəbilqəsinin şəklini sosial şəbəkə hesabında paylaşıb.

19 yaşlı Maks Ferstappen də 2017-ci ildə istifadə edəcəyi dəbilqəni təqdim edib. Gənc sürücünün dəbilqəsinin dizaynı keçənilkinə bənzəyir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*