FİA dördsilindirli turbomotorlara keçidi təsdiq edib

Bu gün Monakoda FİA-nın avtoidman üzrə Ümumdünya Şurası 2010-cu ilin son iclasını keçirib. İclasda Formula1-in gələcəyini təyin edəcək bir çox […]

Bu gün Monakoda FİA-nın avtoidman üzrə Ümumdünya Şurası 2010-cu ilin son iclasını keçirib. İclasda Formula1-in gələcəyini təyin edəcək bir çox vacib qərarlar qəbul olunub…

Ümumdünya Şurası yeni motorların tətbiqini təsdiq edib – 2013-cü ildən maşınlar 1.6 litr tutumu, dirsəkli valının fırlanması 12 min olan dördsilindirli turbomotorlarla təchiz olunacaqlar. Fia-nın mətbuat relizində deyildiyi kimi, belə bir qərarın məqsədi idmanın inkişafını və avtomobil sənayesinin maraqlarını təmin etmək.

Yeni motorlar yanacaq sərfini 35% azaldacaq və yanacaq sərfinə nəzarət və enerjinin rekuperasiyası sistemləri ilə təchiz olunacaq, amma bununla belə hazırkı dinamik xüsusiyyətlərini saxlayacaqlar.

2013-cü ildə hər bir sürücü mövsümün gedişində beş, növbəti ildən isə dörd belə motor alacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*