FİA diffuzorlara qadağanı təsdiq edib

Bu gün FİA-nın Texniki işçi qrupu 2011-ci ilin texniki reqlamentinə dəyişikliklərin təfərrüatlı müzakirəsini aparıb, bundan sonra isə FİA dəyişiklikləri təsdiq […]

Bu gün FİA-nın Texniki işçi qrupu 2011-ci ilin texniki reqlamentinə dəyişikliklərin təfərrüatlı müzakirəsini aparıb, bundan sonra isə FİA dəyişiklikləri təsdiq edib. Rəsmi bəyanat hələ dərc olunmayıb, amma Britaniyanın Autosport qəzeti anonim mənbəyə istinadən xəbər verir ki, FİA niyyətini tezliklə reallaşdırmaq fikrindədir: dəyişikliklər Böyük Britaniya Qran Prisindən əvvəl qüvvəyə minəcək.

Söhbət diffuzorun işində işlənmiş qazların stabil axınından istifadəyə məhdudiyyətin tətbiq olunmasından gedir: Silverstoundan başlayaraq komandalar belə sistemlərin effektliyini azaltmalı olacaqlar. FİA tələb edir ki, qaz pedalını basmadıqda işlənmiş qazların axını maksimum səviyyənin 10%-ni aşmamalıdır.

Əgər indi federasiya müəyyən dərəcədə kompromisə gedirsə, 2012-ci ildən bu sistemlər tam qadağan olunacaq. Əgər FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq qazburaxma sisteminin borularını maşının simmetriya oxuna yaxın yerləşdirməyi təklif edirdisə, işçi qrupun ekspertləri daha kəskin qərar qəbul ediblər: komandalar bu boruların yuxarıya açılmasına qayıtmalı olacaqlar.

Bu dəyişikliklər bütün komandalara təsir edəcək, hərçənd, bəzi komandalara bu təsir səviyyəsi daha çox olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*