R.Kubitsa özünü sərnişin kimi hiss edir

Williams komandasının sürücüsü Robert Kubitsa maşında özünü sərnişin kimi hiss etdiyini deyib.

F-1.az xatırladır ki, polşalı sürücü ilk iki yarışda debütant komanda yoldaşı Rasselə nisbətən zəif performans göstərib.

Robert Kubitsa: “Bəhreyndə bolidi sürmək mümkün olanda yaxşı işlər gördüm. Səkkizillik fasilə vermişəm. Buna görə qərarlarım yaxşı idi. Bəzi şeylər yaxşı olsa da, çətin idi. Bütün çətinliklər üst-üstə gəlir. Bəzi döngələrdə arxa təkərləri qorumaq üçün hər şeyi etdim. Buna baxmayaraq, sürüşürdülər. Bir gün bu məhdudiyyətləri unudacağıq və hər şey daha əyləncəli olacaq. Çalışırdım ki, döngələrə girəndə yerimdə fırlanmayım. Buna fokuslanmışdım. Boliddə özümü sərnişin kimi hiss edirəm. Sükandakı diferensial rejimlərin hamısını yoxlasam da, faydası olmur. Külək bolidə pis təsir etdi. Ümid edirəm ki, tez bir zamanda düzələrik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*