FİA B.Ekklstoundan təqvimi dəyişməyi xahiş edir

Bu gün FİA-nın prezidenti Jan Todt FOTA-nın həmsədrləri Martin Uitmarş və Erik Bulyenin iki gün əvvəl göndərdikləri məktuba cavab yazıb, […]

Bu gün FİA-nın prezidenti Jan Todt FOTA-nın həmsədrləri Martin Uitmarş və Erik Bulyenin iki gün əvvəl göndərdikləri məktuba cavab yazıb, FOTA məktubda Bəhreyn Qran Prisinin oktyabrın 30-da keçirilməsini qeyri-mümkün hesab etdiyini bildirmişdi. Komandaların əsas arqumenti logistika və təhlükəsizlik problemləridir…

Jan Todtun cavab məktubu: “Əziz Martin və Erik,

İyunun 7-də siz mənə FOTA-nın üzvü olan komandaların adından məktub göndərərək, təqvimdəki dəyişikliklər üzündən komandaların qarşılaşa biləcəkləri problemləri göstərmişdiniz:

– Hindistan Qran Prisinin dekabr ayına keçirilməsi avadanlıqların daşınması və komandaların yerləşdirilməsi planlarını pozacaq;

– Bəhreyn Qran Prisi ilə əlaqədar sığorta problemləri üzə çıxacaq.

Mən sizə aşağıdakıları xatırlatmaq istəyirəm:

1. Dünya çempionatı Razılıq müqaviləsi ilə tənzimlənir, Müqaviləyə əsasən təqvimin hazırlanması və FİA-ya təqdim olunması kommersiya hüquqlarının sahibinə məxsusdur;

2. Bəhreyn Qran Prisinin tarixi məsələsi martın 8-dən müzakirə olunur;

3. Təqvimin dəyişdirilməsini də kommersiya hüquqlarının sahibi təklif edib;

4. Formula1 komandalarının nümayəndələri daxil olan komissiya son qərarı dəstəkləyib, amma indi siz bu qərarın əleyhinə çıxış edirsiniz.

Beləliklə, Avtoİdman üzrə Ümumdünya Şurası builki təqvimin dəyişdirilməsini yekdilliklə qəbul edib.

Amma FİA çempionatın dəqiq keçirilməsində maraqlıdır və həmişə komandaların marağını üstün tutaraq problemlərin konstruktiv həllinin tərəfdarıdır.

Mən sizin narazılığınızı nəzərə alaraq kommersiya hüquqlarının sahibinə müraciət etmişəm ki, təqvimin dəyişməsinə bir də baxsın. Ümid edirəm ki, biz bütün tərəfləri razı salacaq qərar tapa biləcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*