G.Ştayner: “Braun ən doğru namizəddir”

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Formula1-in yeni sahibi Liberty Media şirkəti Ross Braunu transfer etməklə doğru addım atıb.

F-1.az xatırladır ki, Berni Ekklstoun vəzifədən uzaqlaşdırıldıqdan sonra onu Çeys Keri, Şon Bratçes və Ross Braun əvəz ediblər.

Formula1-in yeni komandalarından olan Haas komandasının rəhbəri Günter Ştayner Ross Braunun təcrübəsinə görə və son illərdə heç bir komandada olmamasına görə bu təyinatı doğru sayır: “Məncə, Rossu bu vəzifəyə seçərkən, doğru addım atdılar. O ideal namizəddir. Braun Formula1-i yaxşı tanıyır və isbat etməli heç nəyi yoxdur, çünki o, öz işini hamıdan yaxşı görür. Formula1-in gələcəyinə əminəm. Amma Formula1-də işləyənlər Berniyə təşəkkür etməlidirlər. Çünki idmanı hazırkı vəziyyətə o gətirib. Berni olmasaydı, Formula1 indiki kimi olmazdı. Ona hörmət etməliyik, çünki artıq qocalıb. Onun üçün darıxsaq da, davam edəcəyik. Hər işdə bir xeyir var və ümid edirəm ki, yeni sahibkarlar işlərini yaxşı formada görərlər. Əgər Berni kimi işləsələr, idman uzun illər davam edər”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*