R.Braun Binottonu dəstəkləyir

Formula1-in idman direktoru Ross Braun keçmiş iş yoldaşı və hazırda Ferrari komandasının rəhbəri olan Mattia Binottonun qərarlarını dəstəkləyir.

F-1.az xatırladır ki, Binotto mövsümün əvvəlində üsünlüyü Fettelə verəcəklərini deyib və ilk üç yarışda almaniyalı sürücünün lehinə komanda əmrləri verib. Bu hal media və azarkeşlər tərəfindən birmənalı qarşılanmasa da, Braun italiyalı rəhbərin işindən razıdır: “Mattia Ferrari-də yeni bir yükün altına girdi. Çox güclü iki sürücünün mübarizəsinə nəzarət etməlidir. Hələlik Mattia vəziyyətə yaxşı nəzarət edir. Bir tərəfdən gənc Leklerlə maraqlanır. Digər tərəfdən isə dördqat Dünya Çempionu Fetteli idarə edir. Sebastyan üçün çətindir. Amma Şanxaydakı podiumdan sonra özünəinamı artacaq. Şarl isə çətin olan komanda əmrlərini yetkinliklə qəbul edə bildi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*