Ferrari yeni monokokun krəş-testini keçirib

İtaliya mətbuatında yeni Ferrari-nin monokokunun krəş-testindən yazılıb. Yoxlama Milan yaxınlığındakı Bollate şəhərində CSİ texniki mərkəzində FİA nümayəndələri və komandanın əməkdaşlarının […]

İtaliya mətbuatında yeni Ferrari-nin monokokunun krəş-testindən yazılıb. Yoxlama Milan yaxınlığındakı Bollate şəhərində CSİ texniki mərkəzində FİA nümayəndələri və komandanın əməkdaşlarının nəzarəti altında keçirilib.

Layihənin başçısı Aldo Kosta yeni maşının monokokunun konstruksiyasında çəkini maksimum azaltmaqla bərkliyi artırmağa imkan verən yeni material və elementlərdən istifadə edib. Yeni monokok F10-nun eyni elementindən ciddi fərqlənir, ona görə də komanda krəş-testi qabaqcadan keçirməli olub.

Şayiələrə görə, krəş-testdən sonra monokokda çatlar əmələ gəlib, amma qəzetdə yazılan məlumatda testlərin nətciəsi barədə heç nə yazılmayıb. İstənilən halda, komandanın kifayət qədər vaxtı var ki, konstruksiyaya düzəlişlər etsin…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*