Ferrari yeni maşınını təqdim edib

Bir saat bundan əvvəl Maranelloda yeni Ferrari F10-un təqdimat mərasimi başlayıb – komanda son yeddi ayda bu maşın üzərində gərgin […]

Bir saat bundan əvvəl Maranelloda yeni Ferrari F10-un təqdimat mərasimi başlayıb – komanda son yeddi ayda bu maşın üzərində gərgin işləyib. Skuderiya yeni maşına ciddi ümidlər bəsləyir: 2010-cu ildə Ferrari keçənilki mövsümün uğursuzluqlarının əvvəzini çıxmalıdır.

Stefano Domenikali: “Bu çempionat bizim üçün çox vacib olacaq. Keçənilki mövsüm müəyyən səbəblər üzündən bizim üçün uğursuz oldu, amma 2010-cu ildə biz rəqabətədavamlı olmalıyıq – Ferrari buna layiqdir…

Bizim iki yeni sürücümüz var – niyə mən “iki yeni” dedim? Fernando Alonso ikiqat dünya çempionudur və biz əminik ki, o üçüncü titulu qazanacaq. O artıq Formula1-in məşhur çempionlarındandır, indi isə həm onun üçün, həm də bizim üçün həlledici andır: o da uğur qazanmaq istəyir, biz də…

Və biz yeni Felipedən danışırıq: belə bir dramatik çempionatdan sonra, Hunqarorinqdə dəhşətli qəzadan sonra, Felipe yeni start almaq və Macarıstanda kəsilmiş yolu davam etdirmək istəyir.

Mən hər iki sürücüyə uğur arzulayıram!”

Günün ikinci yarısında Felipe massa F10-un sükanı araxsında Fyoranoda ilk dövrələri vuracaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*