23 Oktyabr 2019, Çərşənbə - 06:37

Red Bull yeni hava kanalını İstanbulda təqdim edəcək

Red Bull yeni hava kanalını İstanbulda təqdim edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:40 - 13 May, 2010

Çox güman ki, Türkiyə Qran Prisində Red Bull komandası aerodinamik hava kanalının öz versiyasını təqdim edəcək – bu barədə Britaniyanın […]

Çox güman ki, Türkiyə Qran Prisində Red Bull komandası aerodinamik hava kanalının öz versiyasını təqdim edəcək – bu barədə Britaniyanın Autosport qəzeti xəbər yayıb.

Baxmayaraq ki, RB6 peletonun ən sürətli maşını hesab olunur, komandanın başçısı Kristian Horner əmin edir ki, onun işçiləri sakitləşmək fikrində deyillər və maşının modernizəsi mövsümboyu davam edəcək…

Kristian Horner: “Biz hələ də aerodinamik hava kanalından istifadə etmirik və əlbəttə, belə bir elementin hazırlanması ilə məşğuluq. Çox güman ki, biz sistemi İstanbulda nümayiş etdirəcəyik.

Hər bir yarışa biz müəyyən yeniliklər hazırlayırıq, İspaniyada isə tam aerodinamik kompleks modernizə etmişdik. Ədrian Nyui və onun mühəndisləri hələ Bəhreyndə toplanmış məlumatları təhlil edərək, tam yeni maşın hazırladılar. Onların bütün zəruri komponentlərin hazırlanamsına minimum vaxtları var idi, amma onlar işlərinin öhdəsindən gələ bildilər, bu isə bizim Milton Kinsdəki bazada kollektivin imkanlarından xəbər verir.”

Yeri gəlmişkən, Monakoda komandalar hava kanalından istifadə etməyəcəklər, çünki dar küçə trasında bu sistem effektiv olmayacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 236
Teqlər
Paylaş

logo