Ferrari yeni iştirakçıları ciddi qəbul etmir

Dünən Ferrari-nin FİA-ya qarşı qaldırdığı iddianı araşdıran Fransa Məhkəməsində FİA-nın vəkillərinin arqumentlərindən biri gələn ildən çempionatda iştirak etmək arzusunda olan […]

Dünən Ferrari-nin FİA-ya qarşı qaldırdığı iddianı araşdıran Fransa Məhkəməsində FİA-nın vəkillərinin arqumentlərindən biri gələn ildən çempionatda iştirak etmək arzusunda olan komandaların siyahısı olub – federasiyanın fikrincə, səkkiz yeni komanda ərizə verməyə hazırdır. Bir çoxları hesab edir ki, bu komandalar sadəcə mübahisəli vəziyyətdə arqument kimi çıxış edirlər və ən yaxşı halda bu planların reallaşmasına yalnız iki-üç namizəd tab gətirəcək. Digər tərəfdən, çempionatda yalnız 13 komanda iştirak edə bilər və əgər səkkiz komanda artıq cemə günü ərizə versə, onda tələsməyən komandalara sadəcə vakansiya qalmayacaq. Ferrari yeni komandaların siyahısına komandanın rəsmi saytında cavab verib…

“Ferrari-nin əməkdaşları səhər qəzetlərində Formula1-də iştirak etmək arzusunda olan yeni komandaların siyahısını görəndə gözlərinə inanmayıblar. Mətbuata məhkəmə zalından düşən siyahıda bir dənə də olsun məşhur ad yoxdur, elə bir komandanın adı yoxdur ki, həmin komanda üçün onun azarkeşi ən azı 500 Avro xərcləyib Qran Prinin tribunalarında yer alsın.

Wirth Research, Lola, USF1, Epsilon Euskadi, RML, Formtech, Campos, iSport – Moslinin fikrincə, ikili reqlament üzrə keçiriləcək Formula1 çempionatında iştirak etmək istəyən yeni komandalrın adları. Bəlkə bu komandalarla keçiriləcək çempionatın Ferrari, digər avtoistehsalçılar və məşhur komandaların mübarizə apardlğı ırindiki Formula1-lə eyni statusu olacaq? Axı bu komandalar bu idmanın tarixini yaratmayıblarmı? Bəlkə yeni çempionatı Formula1 GP3 adlandıraq?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*