Ferrari SF21-i təqdim edib

Ferrari komandası 2021-ci il bolidi SF21-i bu gün təqdim edib.

F-1.az bildirir ki, İtalyanların da yeni bolidlərini təqdim etməsi ilə bu mövsüm bütün komandaların bolidləri üzə çıxıb.

“Qırmızılar” keçən mövsüm bərbad mövsüm keçirmiş və sadəcə 3 yarışda podiuma yüksələ bilmişdilər. Xüsusən də mühərriyə görə problemlər yaşayan Ferrari hibrit erasında 3-cü dəfə qələbəsiz qalmışdı. Buna görə də idmanın ən titullu komandası yeni bolidində radikal dəyişiklər edib.

Ön qanad keçənilkinə nisbətən dəyişilib. Şassi ucunda və asılqanlarda kənara açılan qanadcıqlar var. Saydpodların arxa tərəfi keçən ilə nisbətən incəlib.

Mattia Binotto: “Bolidlər yeni reqlamentə görə dondurulub və əksət detallar keçən ildən qalıb. Dondurma qərarına baxmayaraq, biz bolidi təkmilləşdirməyə çalışdıq. Aerodinamika yenidən yığıldı və güc qurğusunu təzədən istehsal etdik. Bundan başqa rəng çalarını da dəyişdirdik. Arxa tərəf tünd qırmızı rəngdədir. Eynilə Ferrari 125S-də olduğu kimi. Bu rəngdən keçən il 1000-ci yarışımızda istifadə etmişdik. Bu il çox dəyişiklik olacaq”.

Qeyd edək ki, Ferrari keçən ilin sonunda dördqat Dünya Çempionu Sebastyan Fettellə yollarını ayırıb və onun əvəzinə gənc və perspektivli Karlos Saynsı transfer edib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*