Ferrari mövsümün ortasına qədər komanda taktikasını tətbiq etməyəcək

Jurnalistlərin əlinə hər dəfə Ferrari-nin prezdenti Luka di Montedzemolo ilə görüşmək imkanı düşəndə, söhbət komanda taktikası barədə sualsız ötüşmür. Arxada […]

Jurnalistlərin əlinə hər dəfə Ferrari-nin prezdenti Luka di Montedzemolo ilə görüşmək imkanı düşəndə, söhbət komanda taktikası barədə sualsız ötüşmür.

Arxada qalan mövsümdə Skuderiya sürücülərə verdiyi əmrlərə görə 100 min dollar cərimə olunmuşdu, amma Fernando Alonsoya üstünlük verilməsi faydasız oldu: yekunda hər iki titulu Red Bull qazandı – avstriyalılar isə son yarışa kimi sürücülərinə bərabər imkanlar verirdilər.

Montedzemolo isə subordinasiyadan imtina etmək fikrində deyil – onsuz da komanda taktikasına qadğa gələn ildən Formula1-in reqlamentindən çıxarılıb. Düzdür, o hesab edir ki, sürücülərin birinci və ikinci nömrələrə bölünməsini mövsümün əvvəlində deyil, çempionatın ekvatorundan sonra etmək daha məntiqlidir.

Luka di Montedzemolo: “Əgər mənim sürücülərimdən biri titul uğrunda mübarizəyə hazır deyilsə, mən onu əvəz edəcəm. Mənim üçün hər iki sürücünün titul uğrunda mübarizə aparması çox vacibdir. Amma mövsümün elə ilk yarışından onlardan hər hansı birini təəssüfləndirmək düzgün olmazdı, həm də qalan yarışlarda hər şey ola bilər.

Belə zəruriyyət ortaya çıxan zaman sürücülər arasında qarşılıqlı anlaşmaya nail olmaq vacibdir. Əlbəttə, mövsümün ortasında biz istənilən sxemlərin tətbiqinə hazır olmalıyıq, amma buna qədər komanda hər bir sürücüsünə eyni şərait yaratmaqda maraqlıdır.”

Buna baxmayaraq, Luka hesab edir ki, Almaniya Qran Prisində komanda düzgün hərəkət etmişdi: “Mövsümün ilk yarışınd belə bir addım çox gülməli görünərdi, elə üçüncü yarışında da. Amma Hokkenhaymda hər şey aşkar idi – Felipe kifayət qədər sürətli deyildi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*