Ferrari J.Vilnövün xatirəsini yad edəcək

1982-ci il mayın 8-də Belçika Qran Prisinin sıralanma turunda keçirdiyi qəza nəticəsində milyonların sevimlisi Ferrari-nin kanadalı sürücüsü Jil Vilnöv dünyasını […]

1982-ci il mayın 8-də Belçika Qran Prisinin sıralanma turunda keçirdiyi qəza nəticəsində milyonların sevimlisi Ferrari-nin kanadalı sürücüsü Jil Vilnöv dünyasını dəyişmişdi. Jil dünya çempionu ola bilmədi, amma özünün qələbə əzmkarlığı və istedadlı pilotajı ilə Formula1 tarixində öz izini qoyub getdi.

Həmin hadisənin 30 illiyinə az qalıb, ona görə də Ferrari komandası Jilin xatirəsini yad etməyi qərara alıb – 2012-ci il mayın 8-də Fyoranoda qırmızı 312T4 indeksli maşının sükanı araxsına Jilin oğlu, 1997-ci ilin dünya çempionu Jak Vilnöv oturacaq – məhz bu maşının sküanı araxsında ata Vilnöv 1979-cu ildə vitse çempion olmuşdu, Ferrari Mühəndislər Kubokunu qazanmışdı, Jilin komanda yoldaşı Codi Şekter isə 20 ildən çox tiffozilərə təsəlli olan titula sahib olmuşdu…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*