M.Ferstappen: Peresi məhv edəcəm

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Serxio Peresi yox edəcək.

F-1.az xatırladır ki, hollandiyalı sürücü indiyə qədər bütün komanda yoldaşlarını məğlub edə bilib. Keçən mövsüm Saxirdə ilk qələbəsini qazanmış Serxio Peres gələn ildən Maksın yeni komanda yoldaşı olacaq.

Maks Ferstappen: “Bütün komanda yoldaşlarımı məğlub etdim və bu, yaxşı haldır. Atam həmişə deyir ki, onları yox et. Növbəti hədəfim Peresi yox etməkdir. Komanda yoldaşlarınızdan sürətli olmaq həmişə çox vacibdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*