Red Bull Bərk Sürəndə final həyəcanı bu gün başlayır

Azərbaycan tarixinin ən böyük kartinq çempionatı olan Red Bull Bərk Sürəndə bu gün qalib müəyyənləşir.

F-1.az xatırladır ki, Çempionata 256 nəfər qatılmışdı. Keçən həftənin şənbə günü keçirilən ilk turdan sonra 128 nəfər turnirlə vidalaşmışdı. Dünən keçirilən ikinci turda isə daha daha 110 nəfər çempionatı tərk etməli olub. Beləliklə, çempionatın yarımfinalına 18 nəfər qalıb. Bu gün saat 5-də start verəcək yarımfinalda daha 10 nəfər mübarizəni dayandıracaq və finala 8 sürücü çıxacaq. Final yarış formatında keçəcək və finişi birinci yerdə keçən sürücü Azərbaycan tarixinin ən böyük kartinq çempionatının qalibi olacaq. Final mərhələsi Baku City Karting trasında baş tutacaq və 18:00-dan etibarən CBC Sport kanalından canlı yayımlanacaq. Odur ki, bu həyəcanı qaçırmayın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*