Ferrari yeni konseptlər sınayacaq

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, 2019-cu il bolidi üçün yeni konseptlər üzərində işləməyə başlayıblar.

F-1.az xatırladır ki “qırmızılar” mövsümöncəsi qış testlərində ən sürətli komanda kimi görünsələr də, mövsümün ilk 5 yarışında ən yaxşı nəticələri üçüncü yer olub.

Mattia Binotto: “Keçən həftə Barselonadakı testlərdən və Maranellodakı təhlillərdən sonra anladıq ki, builki təkərlərlə yaxşı işləmək üçün fərqli mexanik və aerodinamik sazlanmalar lazımdır. Maranelloda hazırda yeni konseptləri dəyərləndiririk. Monakoya da yeniliklərlə gəlmişik. Bu yarış da Scuderia kimi 90-cı ildönümünü qeyd edir. Çox fərqli yarışdır. Trasın quruluşu sıralanma turunu qarışdıra bilər. Hətta, yarışda daha da qarışa bilər. Sıralanma turu çox vacibdir. Çünki ötmə etmək mümkünsüzdür.

Monako Şarlın ev yarışıdır və bilirik ki, onunçün əhəmiyyətlidir. Bizimçün də çox vacibdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*