25 Avqust 2019, Bazar - 11:50

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 13-cü yazı – Ferrari 156/63 F1

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 13-cü yazı – Ferrari 156/63 F1

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:31 - 27 Yanvar, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 55 gün qalır – 55 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 13-cü yazımızın qəhrəmanı çempion 156 F1 modelinin modernizə olunmuş versiyasıdır…

Entso Ferrari həmişə maşını təkmilləşdirməyə üstünlük verirdi, sıfırdan maşın qurmağı heç xoşlamırdı. Digər tərəfdən, Kitinin komandadan getməsindən sonra komandaya gəlmiş gənc Mauro Forqyeri də sıfırdan maşın qurmağa hazır deyildi – ona görə də onların maraqları üst-üstə düşdü. Əvvəlki Ferrari 156 F1-in 1962-ci ildə uğursuz nəticələrinə baxmayaraq, 1963-cü ildə starta yenə də 156 F1 çıxdı.

Düzdür, maşın ciddi modernizə olunmuşdu, ona görə də komandanın tarixində ayrıca model kimi öz yerini tutur, hətta adına istehsal ilini də əlavə etdilər – Ferrari 156/63 F1. Sələfindən dərhal gözəçarpan fərq isə “köpək balığı burnu”nun itməsi idi. Daha böyük dəyişikliklər isə maşının daxilində idi: maşının kuzovu “yarım-monokok” sxemində hazırlanmışdı, motorxanada isə karbüratorları yanacağın birbaşa püskürdülməsi əvəz etmişdi. Yandırma sistemi yenilənmiş, tökmə porşenlər modernizə olunmuş, maşına isə yeni 5 pilləli ötürmələr qutusu qoyulmuşdu.

 

FERRARİ 156/63 F1

Ferrari 156/63 F1

 

Karlo Kitinin hazırladığı layihə aerodinamikanı, şassinin strukturunu və asılqanları dəyişməklə inqilab eləmişdi. 1963-cü ildə Kitini əvəz etmiş gənc Mauro Forqyeri maşının kuzovunu tam dəyişdi – boru tipli kuzov tam modernizə olundu, təkər bazası 2380 mm-ə çatdırıldı, rama isə alüminiumla gücləndirildi. Bundan başqa komanda ilk dəfə yüngül təkər disklərinə keçdi.

Motorxanada Kitinin hazırladığı blok açılışı 120 dərəcə olan mühərrik saxlanıldı, amma yanacağın verilməsi üçün Bosch püskürdücüsü quraşdırıldı. Porşenlərin modernizəsindən sonra motorun gücü 205 at qüvvəsinə çatdırıldı – 1.5 litrlik V6 mühərriyə yeni 5 pilləli ötürmələr qutusu qoşuldu.

MotoGP-də 7 titul qazanaraq Ferrari-yə gəlmiş Con Sörtiz Nürburqrinqdə Almaniya Qran Prisini qazanmışdı, amma Formula1-də debüt etmiş Lotus komandasının “monokok” tipli şassisinə qarşı Ferrari aciz qalmışdı.

1963-cü ildə Con Sörtiz həm özünün, həm də Forqyerinin ilk qələbəsini qazanmışdı. 1964-cü ildə komanda yeni maşın hazırlasa, 156/63 F1-in sükanı arxasında Avstriyada Lorentso Bandini karyerasında yeganə qələbəsinə sevinmişdi…

 

FERRARİ 156/63 F1-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari 156/63 F1

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
1963-cü il10181131
1964-cü il660121

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 6. 349
Teqlər ,
Paylaş

logo