Ferrari F60-ın yeni versiyası Vayranoda debüt edib

Ferrari F60-ın yeni versiyası – В şassisi bu gün FİA-nın icazə verdiyi Vayrano trasında aerodinamik testlərdə debüt edib. İtaliya mətbuatın […]

Ferrari F60-ın yeni versiyası – В şassisi bu gün FİA-nın icazə verdiyi Vayrano trasında aerodinamik testlərdə debüt edib. İtaliya mətbuatın verdiyi məlumatlaar görə, yeni maşın sələfindən 15 kq yüngüldür, bu isə hər iki sürücünün KERS-dən tam yararlanmasına kömək edəcək.

Çəkini azaltmaq üçün çox şey yenidən işlənilib, hətta təhlükəsizlik kəmərlərinin materialı da yenilənib. Bu gün testləri Mark Jene keçirib, sabah isə testlərə son qoyulacaq. Qeyri-rsəmi məlumatlara görə, komanda Vayranoda İspaniya Qran Prisində debüt edəcək ikili diffuzoru da yoxlayıb.

Mark Jene: “Ferrari F60B-də o qədər yenilik var ki, mən 2004-cü ildə müqavilə bağladıqdan sonra birdən-birə bu qədər dəyişiklik görməmişdim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*