N.Haydfeld: “Yaxşı yarış oldu”

Şənbə günü sıralanma turunda BMW Sauber maşınlarının hər ikisində motorlar imtina etmişdi, bazar günü isə Robert Kubitsanın maşınında ötürmələr qutusunun […]

Şənbə günü sıralanma turunda BMW Sauber maşınlarının hər ikisində motorlar imtina etmişdi, bazar günü isə Robert Kubitsanın maşınında ötürmələr qutusunun yağı axdığı üçün polşalı sürücü finiş görməyib. Amma Nik Haydfeld on beşinci yerdən start alsa da, yarışı yeddinci yerdə başa vurmaqla iki xal toplaya bilib…

Nik Haydfeld: “Mən yarışdan razı qaldım, yaxşı yarış oldu. Yeddinci yeri fantastik adlandırmaq olmaz, amma on beşinci yerdən start alarkən bu maksimum nəticədir.

Start uğurlu alınmadı, amma birinci döngədə mən bir maşını xarici radiusla keçdim, şikanada isə daxildən Yarno Trullini keçdim. Üçüncü dövrədə isə Fizikellanı keçdim, hərçənd, düşünürdüm ki, bunu edə bilməyəcəm, axı onun maşınında KERS var idi.

Fettelin arxasında isə mən yanacağa qənaət etməyə başladım, pitdən sonra onu qabaqlaya bildim və Lyuisin qəzasına qədər səkkizinci idim, nəticədə isə iki xal qazana bildim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*