Ferrari-də kadr dəyişikliyi

Ferrari komandasının mətbuat xidməti komandanın rəhbərliyində kadr dəyişiklikləri barədə reliz yayb… McLaren və Red Bull komandalarının keçmiş əməkdaşı 38 yaşlı […]

Ferrari komandasının mətbuat xidməti komandanın rəhbərliyində kadr dəyişiklikləri barədə reliz yayb…

McLaren və Red Bull komandalarının keçmiş əməkdaşı 38 yaşlı britaniyalı Nil Martin yeni istehsal-tədqiqat departamentinə başçılıq edəcək və bilavasitə texniki direktor Aldo Kostaya tabe olacaq.

McLaren-in daha bir keçmiş əməkdaşı, Kostanın müavini Pət Fray isə bundan sonra həm də baş yarış mühəndisi vəzifəsini icra edəcək – Kris Dayer bu vəzifəni tərk edir. Deyilənlərə görə, bu əvəzləmə komandanın Abu Dabi Qran Prisində buraxdığı taktiki səhvlə əlaqədardır. Dayer üçün yeni vəzifə yaxın günlərdə müəyyən ediləcək, amma onun komandanı tam tərk etməsi də istisna olunmur.

Müzakirə bağlıdır.