Ferrari-də kadr dəyişikliyi hələ qurtarmayıb

Artıq üç ildir ki, Ferrari mövsümün ilk yarışlarından qələbə qazanmağa imkan verən maşın qura bilmir. Komandanın rəhbərliyi bu vəziyyətdən narazıdır […]

Artıq üç ildir ki, Ferrari mövsümün ilk yarışlarından qələbə qazanmağa imkan verən maşın qura bilmir. Komandanın rəhbərliyi bu vəziyyətdən narazıdır və gələn ilin maşını üzərində yeni mütəxəssislər kollektivi çalışacaq.

Bu yaxınlarda Aldo Kostanın texniki direktor vəzifəsini tərk etdiyi bildirilib – onu McLaren komandasının keçmiş əməkdaşı Pət Fray əvəz edəcək. Aerodinamika şöbəsinin başçısı Nikolas Tombasis inzibati işlərdən azad olaraq bütün diqqətini yeni maşının hazırlanmasına yönəldəcək, şöbənin işini isə komandaya qayıdan Con Ayli və Force İndia mühəndislərindən biri gücləndirəcəklər. Digər dəyişikliklər də gözlənilir – hazırda komanda bir neçə mütəxəssislə danışıqlar aparır, amma rəsmən hələ heç nə təsdiq olunmayıb.

Almaniyanın Auto Motor und Sport qəzeti yazır ki, Aldo Kosta yeni təyinat alıb və Maranelloda yol maşınları şöbəsində işləyəcək. Ferrari Kosta kimi mütəxəssisin rəqiblərə keçməsindən ehtiyat edir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*