F.Massa uğurla əməliyyat olunub

Bu gün axşam Ferrari-nin mətbuat xidməti Felipe Massanın səhhəti barədə qısa reliz yayıb: “Bu gün günorta Felipe Budapeştin AEK hospitalında […]

Bu gün axşam Ferrari-nin mətbuat xidməti Felipe Massanın səhhəti barədə qısa reliz yayıb: “Bu gün günorta Felipe Budapeştin AEK hospitalında əməliiyat olunub – əməliyyat uğurlu olub. Hazırda o intensiv terapiya palatasında həkimlərin nəzarəti altındadır.”

Britaniyanın Autosport.com saytının yaydığı xəbərə görə, Massanın başına dəyən əşya Rubens Barrikellonun maşınının arxa amortizatorunun yayı olub, bu yayın çəkisi cəmi 800 qramdır.

Ross Braun: “Maşının arxa hissəsində problemlər var idi və biz problemi araşdırırıq, amma FİA-dan hələ bu detalı almamışıq. Detalı aldıqdan sonra biz nə baş verdiyini başa düşə bilərik və bundan sonra nəticə çıxaracayıq. Belə bir problemlə biz birinci dəfədir ki, qarşılaşırıq. Maşın çox etibarlı idi və biz, əlbəttə, telemetriyanı diqqətlə təhlil edirik ki, nasazlığın səbəbini müəyyən edək. Hələlik şərh vermək çətindir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*