Ferrari aerodinamik borunu yenidən quracaq

Yayın sonunda Ferrari öz aerodinamik borusunu yenidən quracaq ki, mövsümün əvvəlində komandanın çıxışına mənfi təsir göstərmiş kalibrləmə xətasını aradan qaldırsın. […]

Yayın sonunda Ferrari öz aerodinamik borusunu yenidən quracaq ki, mövsümün əvvəlində komandanın çıxışına mənfi təsir göstərmiş kalibrləmə xətasını aradan qaldırsın. İlk yarışların gedişində məlum olub ki, komandanın hazırladığı yeniliklər asfalta yatma qüvvəsini artırmır, amma aerodinamik boruda hər şey tam əksini göstərirdi.

Ferrari problemli dəqiq araşdırıb, bunun üçün hətta etalon kimi Kölndə yerləşən Toyota Motorsport-un aerodinamik borusundan istifadə olunub və məlum olub ki, doğrudan da Maranelloda olan boru dəqiq məlumatlar vermir. Komanda müəyyən tədbirlər görüb və bu gün İssyanbul Parkın paddokunda Skuderiyanın texniki direktoru Aldo Kosta bildirib ki, komanda aerodinamik borunun ciddi modernizəsini hazırlayır…

Aldo Kosta: “Belə problemlər qeyri-adi deyil, amma təəssüf ki, bizim komandada belə problemlər daha böyük diqqət cəlb edir. Müasir maşınlar çox mürəkkəb aerodinamikası ilə fərqlənirlər, biz turbulentliyin əmələ gəlməsinin qarşısını ala bilməmişik. Ona görə də aerodinamik borunun arxitekturasında nəyisə dəyişməliyik, amma mən təfərrüatları açıqlamaq istəmirəm.

Bundan başqa, biz borunun özünü yenidən quracayıq – çox güman ki, bu işlər avqust fasiləsindən sonra, sentyabr və ya oktyabr aylarında baş tutacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*