Ferrari 50 illik fasilədən sonra Le Manda pouldan start alacaq

Bu gün Bakı vaxtı ilə saat 18:00-da dünya avtoidmanının üçlü tacının vacib yarışı əfsanəvi 24 saatlıq Le Man marafonu start götürür. Yəni adından da görünür ki, finiş sabah saat 18:00-da olacaq.

F-1.az xəbər verir ki, keçən ay marafon 100 illik yubileyini qeyd elədi – yəni düz 100 il əvvəl ilk dəfə sürücülər Sarte avtodromunda hansı brendin daha dözümlü olmasını müəyyən ediblər. Arxada qalan 100 il ərzində çox şey dəyişib, dəyişməyən yeganə qayda – 24 saat ərzində ən çox məsafə qət edən sürücünün qalib elan olunmasıdır )

Ferrari komandası keçən əsrin 60-70-ci illərinin kəsiyində Ford-dan sarsıdıcı məğlubiyyətlər alaraq Le Manı birdəfəlik tərk etmişdi. Daha doğrusu Kommendatore belə qərar vermişdi. Ondan sonra heç kim qayıtmaq barədə düşünmürdü. Düzdür, aşağı siniflərdə Ferrari şirkəti AF Corsa komandası ilə çıxış edirdi, özü də qələbələr də qazanırdı, amma yalnız Con Elkann şirkətin sükanı arxasına keçəndən əfsanəvi marafona qayıtmaq qərarı qəbul etdi.

və budur, 1983-cü ildə sonuncu dəfə qazanılan pouldan düz 50 il sonra Antonio Fuoko Skuderiyaya poul qazandırıb. Yeni 499P-nin sürətini digər ekipaj da təsdiq edib – Alessandro Pyerqvidi qırmızılar üçün ilk cərgəni tam zəbt edib, amma komanda yoldaşına 0.773 saniyə uduzub.

Bütün məşqlərdə və sessiyalarda 3-cü olan Cadillac isə texniki problemlərlə üzləşib və Sebastyen Burde yalnız 8-ci yerdən start alacaq.

Əslində Kamui Kobayaşi öz cəhdində Toyota-ya ikincilik qazanmağa yaxın idi, lakin döngələrin birində trasın xaricinə çıxdığı üçün vaxt itirib, ona görə də digər ekipajın sürücüsü Brendon Hartli yaponlara 3-cülük qazandırıb, amma italyanlardan geriqalma çox böyük görünür – 1.469 saniyə. Kamuinin nəticəsi isə yalnız 5-ci olmağa imkan verib.

İkinci cərgəni isə Porsche 963-üç sükanı arxasında Felipe Nasr tamamlayıb. 6-cı və 7-ci nəticələri isə Cadillac və Porsche ekipajları göstəriblər.

Əlbəttə, 24 saatlıq marafonda start mövqeyi ciddi rol oynamır, hər şey texnikanın etibarlığından, sürücülərin stabilliyindən və ayıqlığından asılı olacaq.

Biz isə startı gözləyirik…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*