WEC-də Sebrinq yarışı da ləğv olunub

Dünya Dözümlülük Çempionatının (WEC) martın 20-nə planlaşdırılan Sebrinqdəki min millik yarışı ləğv olunub.

F-1.az bildirir ki, ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı ölkələrindən Amerikaya giriş qadağasını tətbiq etməsindən sonra təşkilatçılar belə bir addım atmağa məcbur olublar.

“Martın 11-də Prezident Tramp tərəfindən ABŞ-dan olmayan vətəndaşların Avropadan ölkəyə girişinə qadağa qoyulması ilə əlaqədar “Sebrinqin 1000 Mili” yarışının təşkilatçıları martın 20-nə planlaşdırılan yarışın keçirilmə ehtimalını dəyərləndiriblər, – rəsmi bəyanatda deyilir. – Vəziyyəti hərtərəfli araşdırdıqdan sonra WEC mərhələsinin ləğv edilməsi qərara alınıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*