Pyetro Fittipaldi LMP2-də Jota ilə yarışacaq

Britaniyanın Jota Sport komandası qarşıdan gələn mövsüm üçün heyətinin tərkibini qərarlaşdırıb

F-1.az xəbər verir ki, komanda Porsche 963 hiperkarlarından əlavə, ənənəvi olaraq LMP2 sinfində Oreca 07 idman prototipini də təqdim etmək niyyətindədir. Bu dəfə prototipi Oliver Rassmussen, Devid Haynmayer Hansson və Pyetro Fittipaldi starta çıxaracaqlar.

Məşhur Fittipaldi sülaləsinin nümayəndəsi olan braziliyalı artıq DTM və İndyCar-dan tutmuş WEC və Formula1-ə kimi müxtəlif yarış kateqoriyalarında çıxış etməkdə çox böyük təcrübəyə malikdir, ona görə də Jota-nın Pyetro ilə əməkdaşlıq etmək qərarına gəlməsi təsadüfi deyil.

Qeyd edək ki, ötən il bu komandanın sürücüləri Antoniu Feliks da Koşta, Roberto Qonsales və Vill Stivens LMP2 sinfində 24 saatlıq Le Man marafonunda qalib gəlməklə dünya çempionatının qalibi olublar. Ehtimallara görə, Jota-nın qarşıdakı mövsümdə əsas məqsədi hiperkar sinfində uğurlu debütüdür, lakin komanda həm də LMP2-dən ayrılmamaq qərarına gəlib.

2023-cü ildə Pyetro hələ də Haas üçün ehtiyat sürücü kimi çalışacaq, lakin WEC-də cəmi yeddi mərhələ var və Jota-da işləri Formula1-lə birləşdirmək mümkündür, baxmayaraq ki, bəzi üst-üstə düşmələr istisna edilmir. Amma sosial şəbəkələrdə Amerika komandası artıq Fittipaldinin Jota ilə müqaviləsinə münasibət bildirib: “Əla iş, Pyetro! Biz sizə azarkeşlik edəcəyik!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*