WEC: 6 saatlıq Spa yarışı da təxirə salınıb

WEC seriyasının mətbuat xidməti aprelin 23-25-nə planlaşdırılan "6 saatlıq Spa" yarışını təxirə saldığını açıqlayıb.

F-1.az bildirir ki, Dünya Dözümlülük Çempionatının (WEC) məsul şəxsləri, mərhələrin promouteri, trasın nümayəndələri və Belçika kral avto klubu yarış üçün yeni bir tarix üzərində çalışırlar.

Jerar Neve, seriyanın rəhbəri: “Yarışın təxirə salınması qərarı bu vəziyyətdə yeganə düzgün çıxış yolu idi. İştirakçıların, azarkeşlərin və paddokdakı hər kəsin sağlamlığı və rifahı bizim üçün prioritet məsələdir. 6 saatlıq Spa yarışı üçün yeni bir tarix tapmaq üçün çalışırıq və bu barədə mümkün qədər tez məlumat verməyə çalışacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*