Monako yarışı 65 ildə ilk dəfə keçirilməyəcək

Formula1 təqvimi koronavirus pandemiyası səbəbiylə ixtisar olunmağa davam edir. Dünən Monako Qran Prisi əvvəlcə təxirə saınıb, daha sonra isə yarışın təşkilatçıları tərəfindən, ümumiyyətlə, ləğv olunub. Son 65 ildə ilk dəfə knyazlığın küçələrində əfsanəvi yarış reallaşmayacaq.

“Vəziyyət böhran hala gəlib, – deyə yarışın təşkilatçısı Monako Avtomobil Klubu yaydığı bəyanatda bildirib. – Qlobal böhranın inkişafını və miqyasını ətraflı təhlil edərək direktorlar şurası böyük təəssüf hissi ilə belə bir qərar verməyə məcbur oldu…”

F-1.az xatırladır ki, 1955-ci ildən bəri Monako Qran Prisi həmişə Formula1 təqvimində yer alıb, şəhər yarışı Le Manın 24 saatlıq marafonu və İndianapolisin 500 millik marafonu ilə birlikdə dünyanın ən nüfuzlu yarışı statusunu daşıyırdı, amma indi bu seriya qırılacaq.

Mövsümün iyun ayından tez başlamaması ilə bağlı son qərar dünən Formula1, FİA və komandaların başçılarının iştirak etdiyi telefon konfransında qəbul edilib. Çempionatın təşkilatçıları vəziyyətin inkişafını izləyirlər, amma artıq aydındır ki, ən nikbin ssenaridə ilk yarış iyunun 7-də baş tuta bilər və bu, Azərbaycan Qran Prisi olacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*