F.Briatore: “Yeni Ferrari rəqabətədavamlı deyil”

SkySport-a müsahibəsində Renault komandasının keçmiş başçısı Flavio Briatore mövsümün ilk yarışlarında Fernando Alonsonun çıxışını qiymətləndirib və çempionatdakı vəziyyəti şərh edib… […]

SkySport-a müsahibəsində Renault komandasının keçmiş başçısı Flavio Briatore mövsümün ilk yarışlarında Fernando Alonsonun çıxışını qiymətləndirib və çempionatdakı vəziyyəti şərh edib…

Flavio Briatore: “Sürücün ustalığı əvvəlki kimi əhəmiyyət kəsb edir, amma maşının sürəti və effektliyi daha böyük əhəmiyyət kəsb edir. Yaxşı sürücü sürətli maşından maksimum yararlanmalıdır, amma indi Fernandonun belə bir imkanı yoxdur – yeni Ferrari rəqabətədavamlı deyil. Red Bull-dan geriqalma çox böyükdür və indi Ferrari-yə rəqiblərin dalınca düşmək Mühəndislər Kubokunda üçncü yeri itirməmək kimi vacib deyil.

Fernando həmişə Ferrari-də çıxış etmək istəyirdi, bir tərəfdən, ona bu komandada çıxış etmək rahatdır, digər tərəfdən, o bilir ki, Skuderiyanın zəruri potensialı, maliyyə və texniki imkanları var. Amma ciddi inkişafa nail olmaq üçün yaradıcı yanaşma vacibdir. Komanda çətin anlar yaşayır, onlar hazırkı vəziyyəti təcili həll etməlidirlər.

Düşünürəm ki, mövsüm darıxıdrıcı alına bilər – Red Bull maşınları rəqibləri üçün əlçatmazdırlar, ona görə də altı-yeddi yarışdan sonra bu komanda çempionatda qalib gələ bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*