F.Briatore “yeni Berni” olmağa can atmır

Flavio Briatore Formula1-ə başçılıq etmək arzusunda olması barədə gəzən söhbətləri təkzib edib. Xatırladaq ki, FİA prezidenti Maks Mosli bu yaxınlarda […]

Flavio Briatore Formula1-ə başçılıq etmək arzusunda olması barədə gəzən söhbətləri təkzib edib. Xatırladaq ki, FİA prezidenti Maks Mosli bu yaxınlarda bildirmişdi ki, italiyalı mütəxəssis “yeni Berni” olmağa və bu idmanı ələ keçirməyə can atır….

Londonda işıq üzü görən The Mirror qəzetinin yaxdığına görə, Flavio Maksa cavabında bildirib: “Maks sonda həmişə fərdlərə keçir. Amma mən alicənab centlmenəm və bunu özümə sığışdıra bilmərəm, hərçənd mən də onun haqqında az bilmirəm. O insanları təhqir etməkdən çəkinməlidir. Biz yalnız idmana rəhbərliyin şəffaf olamsını istəyirik, həm də qaydaların tərtibində komandalar iştirak etməlidirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*