F.Briatore Kubitsaya baş çəkib

Renault komandasının keçmiş başçısı Flavio Briatore bu gün San Corona hospitalında müalicə olunan Robert Kubitsaya baş çəkib – Flavio ümid […]

Renault komandasının keçmiş başçısı Flavio Briatore bu gün San Corona hospitalında müalicə olunan Robert Kubitsaya baş çəkib – Flavio ümid edir ki, polşalı sürücü ladığı zədələrdən tezliklə sağalacaq və Formula1-ə qayıdacaq…

Flavio Briatore: “Robertin dəhşətli qəzaya uğramasını nəzərə alsaq, o çox yaxşı görünür. Mən bərpa prosesindən razıyam və onu görməyə çox şad oldum, hətta biz söhbət də etdik. Kubitsa qeyri-adi sürücüdür, o aldığı zədələrdən tezliklə sağalacaq. Biz onunla qəzadan danışmadıq, onun tezliklə Formula1-ə qayıtmaq şansını müzakirə etdik. O yaxşı əhval-ruhiyyədədir, ona görə də hesab edirəm ki, beş-altı aydan sonra yaxşı formada olacaq.”

Həkimlər isə Robertin bərpa müddətini açıqlamadan çəkinirlər. Onu əməliyyat edən həkim İqor Rosssello deyib ki, “sürücülər adi insanlardan fərqlənirlər və qısa müddət ərzində də sağala bilərlər, əgər Nannini sağala bilmişdisə, niyə Kubitsa sağalmasın?”

Keçmiş Formula1 sürücüsü Alessandro Nannininin 1990-cu ildə helikopter qəzasında əli biləkdən tam kəsilmişdi, amma o zaman həkimlər onun əlini yerinə tikə bilmişdlər və italiyalı sürücü Formula1-ə qayıtmasa da, digər seriyalarda uğurla çıxış etmişdi.

Nannini Gazzetta dello Sport-un jurnalistlərinə bildirib ki, “Robertin zədəsi mənim zədəmə oxşamır, onun əli bədəndən ayrılmayıb, ona görə də bütün sinirləri, əzələləri tezliklə bərpa olunmalıdır – söhbət yalnız zamandan gedə bilər.”

Qeyd edək ki, Kubitsaya bu gün Vitantonio Liutsi, Pastor Maldonado və Fernando Alonso baş çəkiblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*