F.Alonsonu Formula1-dəki gələcəyi narahat edir

İkiqat sünya çempionu Fernando Alonso Monakoda jurnalistlərə bildirib kİ. Formula1-də karyerasını davam etdirməsi onu yaman narahat edir. İspan sürücünün hazırda […]

İkiqat sünya çempionu Fernando Alonso Monakoda jurnalistlərə bildirib kİ. Formula1-də karyerasını davam etdirməsi onu yaman narahat edir. İspan sürücünün hazırda çıxış etdiyi Renault komandası FİA reqlamenti dəyişməsə çempionatdan getdiyini elan edib, şayiələrə görə Alonsonun gələn ildən keçəcəyi Ferrari komandası da eyni mövqedədir…

Fernando Alonso: “Mən bütün diqqətimi mübarizəyə yönəltmişəm və burda, Monakoda iş başımı qatır. Amma keçən həftə evdə mən bu barədə düşünməyə bilməzdim – bəlkə də bu mənim Monakoya son gəlişimdir. Böyük şirkətlər və avtoistehsalçılar Formula1-i tərk edə bilərlər və mən balaca komandalarda mübarizə aparmaq istəmirəm – bu artıq Formula1 deyil, dünyada başqa siniflər də var.

Mənə elə gəlir ki, heç kim ciddi düşünmür ki, son iki ayda bizim idmana necə zərər dəyib. Yeddi böyük avtoistehsalçının hansısa üç-dörd yeni komandaya görə itirilməsi ən yaxşı 10-12 sürücünün itirilməsi deməkdir – belə Formula1 heç kimə maraqlı deyil. Bu il mən Lə Mana baş çəkəcəm, amma mənim 27 yaşım var, mən iki dəfə titul qazanmışam və hələ də qələbə qazanmaq istəyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*