K.Rəykkönen NASCAR-da debüt edib (video)

Dünən Formula1 çempionu Kimi Rəykkönen Amerikanın ən məşhur NASCAR seriyasında Toyota Tundra pikapının sükanı araxsında debüt edib. Finlandiyalı sürücü finişdə […]

Dünən Formula1 çempionu Kimi Rəykkönen Amerikanın ən məşhur NASCAR seriyasında Toyota Tundra pikapının sükanı araxsında debüt edib. Finlandiyalı sürücü finişdə 15-ci olub.

Yarışda 31-ci yerdən start alan Rəykkönen elə birinci dövrədə trasdan çıxıb və divara çırpılmaqdan güclə qurtula bilib. Yarışın gedişində Kimi divara çırpılmaqdan qaça bilməyib, pit-stoplar uğurlu alınmayıb, bir dəfə isə mexaniklərinin yanında keçib gedib. Nəticədə Kimi finiş xəttini 15-ci keçib və ilk nəticəsindən razı qalıb. Yarışın gedişində Təhlükəsizlik Maşını 10 dəfə trasa çıxıb.

Kimi Rəykkönen: “Əla yarışlardır, mənim üçün yeni təcrübədir. Amma yarış zamanı çox hadisə baş verir. maşına təzəcə öyrəşirsən, onu təzəcə hiss etməyə başlayırsn ki, trasa TM çıxır.

Birinci dövrədə divara yüngülcə toxundum, amma sonra ciddi toqquşma oldu, maşının bir yanını əzdim. Ona görə də bu tərəfin təkərləri çox qızırdılar.

Mən gözləmirdim ki, yarış belə maraqlı alınacaq, ümumən çox razıyam. Bizim inkişaf potensialımız var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*