F.Massa: “Doqquzuncu yer görə sevinmirəm”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, 9-cu yerə görə sevinmək yersizdir.

F-1.az xatırladır ki, braziliyalı sürücü Şpilberqdə sıralanma turunda gözlənilmədən 17-ci olsa da, startdakı qarışıqlıqdan məharətlə istifadə edərək, yarışı 9-cu yerdə bitirə bilib.

Felipe Massa: “Doqquzunculuğa görə bayram etmək istəmirəm, amma 17-ci yerdən başladığımız üçün təəccüblü nəticə oldu. Əla start aldıq və ilk döngədəki insidentdən qaça bildik. Daha sonra bir neçə bolidi keçdik. Sıralanma turuna nisbətən güclü idik. Deyəsən, problem vahid dövrə performansımızdadır və bunun üzərində işləməliyik. Yarışın sonunda təkərləri yaxşı işlədə bilmədiyim üçün məyusam. Asfaltla ilişmə heç yox idi. Düzlüklərdə sürətli olsaq da, arxa tərəf çox sürüşürdü. Yarışımdan razıyam. İki bolidlə birdən xal almaq mükəmməl oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*